Mobil telefon

Yeni “iPhone X”lər köhnələrdən nə ilə fərqlənəcək?

21 İyun 2018 08:41
0 Şərh     Baxış: 1 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mobil cihazlar üçün aksesuar istehsalçısı "Olixar" şirkəti şəbəkə istifadəçilərinə yeni "iPhone" smartfonunun mümkün ölçülərini təqdim edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "iPhone X"in yeni versiyası özündən əvvəlkilərindən iri olacaq.

Smartfonun modifikasiyalarından biri 6,5 düym diaqonallı ekrana, digəri isə 6,1 düymlük displeyə malikdir.

Xatırladaq ki, bundan əvvəlki versiya 5,8 düym ekranla öyünə bilərdi.

İlkin olaraq bildirilir ki, yeni modellərin təqdimatları 2018-ci ilin sentyabrında "Apple"in keçirdiyi tədbirdə təqdim ediləcək. Bundan başqa, "iPhone SE 2" smartfonunun yeni ucuz (büdcəli) versiyası da təqdim edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.