Mobil telefon

Növbəti iPhone necə olacaq?

16 İyun 2018 08:51
0 Şərh     Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti yeni nəsil smartfon və planşetlərdə enerjidoldurma qurğusu və məlumatların ötürülməsi üçün konnektoru dəyişdirməyi planlaşdırır. Bu haqda avadanlıq tədarükçülərinə istinadən "Digitimes" portalı məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mənbələrin məlumatına görə, istehsalçılar yeni "iPhone" modelində indi istifadə edilən "Lightning" konnektorunu "USB-C" portu ilə əvəz etməyi planlaşdırırlar. Smartfon 2019-cu ildə təqdim ediləcək.

Korporasiya artıq "MacBook" kompüterlərini "USB-C" konnektoru ilə təchiz edib. Bu addım şirkətin satışına mənfi təsir göstərib.

Bununla belə "Apple" şirkətinin yeni məhsullarının "USB-C" portu ilə təchizi enerjidoldurma qurğularının unifikasiyası prosesini sürətləndirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.