Mobil telefon

Tamamilə çərçivəsiz smartfon təqdim olundu

16 İyun 2018 08:01
0 Şərh     Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin martında Çinin "Vivo" şirkəti tərəfindən təqdim edilmiş "Apex" adlı çərçivəsiz smartfonun özəlliyi irəli-geri hərəkət edən ön kamera ilə təchiz edilməsi idi. 3 ay sonra sözügedən şirkət "Apex" qurğusunun əsasında yaradılmış qabaqcıl "Nex" smartfonunu nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni smartfon daxili barmaq izləri skanerinə malik 6,59 düymlük OLED ekrana malikdir. Ekran qurğunun ön səthinin 91,24%-ni tutur. Prototipdə olduğu kimi, yeni qabaqcıl smartfonda da ön kamera daxildə yerləşir və lazım gəldikdə "selfi" çəkmək üçün irəliyə doğru hərəkət edir.

Bundan başqa, "Vivo Nex" aparatı "Qualcomm Snapdragon 845" prosessoru, 8 QB-lıq əməli və 256 QB-lıq daxili yaddaş, həmçinin 4000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib.

Smartfonun ikiqat əsas kamerası f/1.8 aperturalı 12 meqapiksellik kamera və 5 meqapiksellik əlavə modula malikdir. Ön kameranın təsvir ölçüsü 8 meqapiksel təşkil edir. Aparat danışıq dinamikinin əvəzinə displeyin vibrasiyası sayəsində səsi ötürən "Screen SoundCasting" texnologiyası ilə təchiz edilib. 8 mm qalınlığında olan smartfonun çəkisi təxminən 199 qr təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.