Mobil telefon

“Nar”-dan Naxçıvan üçün xüsusi təklif

13 İyun 2018 19:00
Baxış: 601

"Nar" operatoru Naxçıvan üçün xüsusi təklifə çıxış edib. Artıq "Turbo L" paketini 50% endirimlə əldə etmək mümkündür. Paketi aktivləşdirən abunəçi 1,5 GB interneti 3 AZN-ə əldə edir. "Turbo L" paketini 11-15 iyun tarixləri arasında sifariş edən bütün abunəçilər bu endirimdən yararlana biləcəklər. Paketin istifadə müddəti 30 gündür. İstifadə müddəti bitdikdən sonra paket standart şərtlərlə avtomatik olaraq aktivləşir. Kampaniyaya qoşulmaq üçün *777#04#yes yığmaq və ya +L yazıb 777 nömrəsinə
göndərmək lazımdır. Bonusları yoxlamaq üçün isə *777#20#YES yığmaq kifayətdir. Bu təklif yalnız müvafq SMS bildirişini alan "Nar" abunəçilərinə şamil olunur.

Kampaniya haqqında daha ətrafı məlumatı aşağıdakı keçid vasitəsilə əldə etmək olar: https://www.nar.az/turbo-l-nakhchivan "Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. 
"Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib.
 

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.