Mobil telefon

Nokia 6.1-in satışları başlandı

14 İyun 2018 08:15
0 Şərh     Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"HMD Global" şirkəti tərəfindən "MWC" sərgisində təqdim edilmiş "Nokia 6.1" smartfonu artıq Çində satışa çıxarılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlum olub ki, bu smartfonu Almaniyada satın almaq mümkündür. 4 QB-lıq əməli yaddaş, 64 QB-lıq daxili fləş yaddaşla təchiz edilmiş "Nokia 6.1" smartfonunun dəyəri 302 funt (355 dollar) təşkil edib.

Xatırladaq ki, "Nokia 6.1" smartfonu "Corning Gorilla Glass" qoruyucu şüşəsinə malik "Full HD" (1920x1080 piksel) təsvir ölçülü 5,5 düymlük 2.5D displey, 2,2 QHs takt tezlikli "Qualcomm Snapdragon 630" prosessoru ilə təchiz edilib və "microSD" yaddaş kartlarını dəstəkləyir.

Aparatın arxa panelində f/2.0 diafraqması, avtofokus və ikiqat işıq diodu işıqlandırıcısına malik 16 meqapiksellik əsas kamera, ön paneldə isə 8 meqapiksellik kamera quraşdırılıb.

"Nokia 6.1" smartfonunun arxa panelində barmaq izləri skaneri quraşdırılıb. Aparat "Dual SİM" hibrid slotu, "4G VoLTE", "Wi-Fi 802.11 b/g/n", "Bluetooth v5", "GPS", "USB Type-C" portu, 3.5 mm-lik audio konnektor, FM-radio dəstəkləyir və "Android Oreo" sisteminin idarəetməsi altında işləyir. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.