Mobil telefon

Bu smartfon iPhone 8 Plus və Galaxy S9 Plus-u geridə qoyub

14 İyun 2018 08:11
0 Şərh     Baxış: 1 068

"Samsung" şirkətinin 2016-cı il istehsalı olan smartfonu 2018-ci ilin birinci rübü üzrə dünyada satış həcminə görə üçüncü yerdə qərarlaşıb. Bu haqda "IHS Markit" analitik şirkətinin hesabatında deyilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "iPhone X" (12,7 milyon) və "iPhone 8" (8,5 milyon) smartfonları reytinqdə müvafiq olaraq birinci və ikinci yerləri tutublar. Üçüncü yerdə məhz "Samsung Galaxy Grand Prime Plus" aparatı (8,3 milyon) qərarlaşıb. "iPhone 8 Plus" və "Samsung Galaxy S9 Plus" smartfonları müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar.

Bildirək ki, 2016-cı ilin noyabrında çıxarılmış "Samsung Galaxy Grand Prime Plus" başlanğıc səviyyəli smartfondur, halbuki digər 5 ən populyar smartfon bahalı modellər kateqoriyasına aiddir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.