Mobil telefon

iPhone-a tələbat azalır

14 İyun 2018 07:33
0 Şərh     Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti komplekt hissə tədarükçülərinə "iPhone" smartfonlarına tələbatın azalması ilə bağlı xəbərdarlıq edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, tədarükçülərə şirkətin qurğuları üçün komponent hissələrinin istehsal həcminin təxminən 20 faiz azaldılması ilə bağlı məlumat verilib. Bu ondan xəbər verir ki, şirkət öz istehsalı olan qurğular ətrafında ajiotajın azalmasını etiraf edir.

Bildirilir ki, bir il əvvəl şirkət tədarükçülərə təxminən 100 milyon smartfonun, o cümlədən "iPhone 8", "iPhone 8 Plus" və "iPhone X" modellərinin istehsalı üçün zəruri olan komplekt hissələri sifariş edib. Bu il isə "Apple" tərəfindən 80 milyon qurğunun istehsalı üçün komponentlər sifariş olunub.

Şirkət sərmayədarları bundan əvvəl də dünyada "iPhone" smartfonlarına tələbatın azalması ilə əlaqədar narahatlıqlarını ifadə ediblər. Cari ilin birinci rübü ərzində ABŞ istehsalçısı 52,2 milyon smartfon satıb. Halbuki analitiklər tərəfindən bu rəqəmin 53 milyon qurğu təşkil edəcəyi proqnozlaşdırılıb. Ötən həftənin cümə günü şirkətin səhmlərinin qiyməti 2 faiz ucuzlaşıb.

Qeyd edək ki, 1976-cı ildə yaradılan "Apple" şirkəti "iPhone" smartfonları, "iPad" planşet kompüterləri, "iMac" kompüterləri, "MacBook" noutbukları, "iPod" musiqi pleyerləri, eləcə də digər texnika istehsal edir. Mənzil-qərargahı Kaliforniya ştatının Kupertino şəhərində yerləşən şirkətin bazar kapitallaşması 900 milyard dolları üstələyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.