Mobil telefon

Instagram-a 1 saatlıq videoların dəstəyi gələ bilər

12 İyun 2018 08:15
0 Şərh     Baxış: 362

The Wall Street Journal-ın verdiyi məlumata əsasən Instagram fotoservisə yerləşdirilən videoların xronometrajını əhəmiyyətli şəkildə uzatmağı planlaşdırır. Bu isə öz növbəsində istifadəçilər üçün yeni yaradıcılıq imkanları verəcək və Instagram-ın özünü YouTube servisinə yaxın edəcək. Yeni funksiya şaquli videolara şamil olunacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, Instagram Stories artıq bu cür videoformat üzərində testlər edir. Daha uzun videoların yalnız Stories bölməsində və ya əsas səhifədə olub-olmayacağı barəsində heç bir məlumat yoxdur. Hal hazırda Instagram Stories-ə yalnız 15 saniyəlik videoları, əsas səhifəyə isə 60 saniyəlik videoları yükləmək mümkündür. Keçən ilin Noyabr ayındakı göstəricilərə əsasən Instagram Stories-in 300 milyon aktiv istifadəçi kütləsi var. Instagram-ın öz məlumatlarına əsasən isə bu istifadəçi kütləsinin sayı 800 milyondur.
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.