Mobil telefon

Apple Watch xəstəliyi aşkarlayacaq

12 İyun 2018 08:11
0 Şərh     Baxış: 446

Proqramçılar tərəfindən təqdim edilmiş yeni proqram istifadəçinin əllərinin titrəyişini izləyəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Apple Watch" üçün "ResearchKit" proqramı parkinson xəstəliyinin simptomlarını tanıyır. Proqram təminatı "WatchOS 5" sisteminin nümayişi zamanı təqdim edilib. Bu haqda "9to5mac" nəşri məlumat verib.

Proqram xəstəliyin 2 əsas simptomunu qeydə alacaq: əllərin titrəyişini və diskineziya. "Ağıllı" saat bu simptomları aşkar edən kimi istifadəçiləri xəbərdar edəcək. Parkinson xəstəliyinin erkən mərhələdə aşkar edilməsi çox mühümdür.

Hazırda "ağıllı" saatlar yalnız istifadəçilərin ürək döyüntüsünə nəzarət edirlər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.