Mobil telefon

Blackberry KEY2 smartfonu təqdim edilib

12 İyun 2018 08:01
0 Şərh     Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nyu-Yorkda fiziki klaviaturalı "Blackberry KEY2" smartfonu təqdim olunub. Aparat daxili məlumat qoruma sistemi və ikiqat klaviaturaya malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfon tərəflər nisbəti 3:2 olan 1620x1080 piksel təsvir ölçülü 4,5 düymlük ekrana malikdir. "Blackberry KEY2" smartfonu "Snapdragon 660" prosessoru, 6 QB-lıq əməli, 64/128 QB-lıq daxili yaddaş, həmçinin yaddaş kartları üçün slotla təchiz edilib. Qurğu "Qualcomm Quick Charge 3.0" sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 3500 milliamper/saat tutumlu akkumulyatora malikdir. Bu smartfon 12+12 meqapiksellik təsvir ölçüsü, 30 FPS tezlikli 4K videosu çəkmək qabiliyyətinə malik kamera ilə təchiz edilib. Cihaz "Android 8.01" əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Yeni smartfonun özəlliyi xüsusi "Speed" klavişinə malik klaviaturadır.  Bu klaviaturanın köməyi ilə müvafiq klaviş uyğunluqlarından istifadə edərək proqramları daha sürətli işə salmaq və proqramlar arasında keçid etmək olar. Cihaz özəl qovluqlar dəstəyi əldə edib. Beləliklə, üçüncü şəxslərin baxışı üçün arzuolunmaz məzmunu həmin qovluqlara daşımaq olar.

"Blackberry KEY2" smartfonunun dəyəri 649 dollar təşkil edir. Cari ay sözügedən smartfon ABŞ, Böyük Britaniya, Kanada, Çin, Almaniya, Fransa, BƏƏ-də satışa çıxarılacaq. Qlobal satış iyul ayına nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.