Mobil telefon

Yeni Samsung Galaxy J3 və Galaxy J7 təqdim olundu

12 İyun 2018 07:11
0 Şərh     Baxış: 791

"Samsung Electronics" şirkəti ABŞ-da "Galaxy J3" və "Galaxy J7" smartfonlarının yeni versiyalarını təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Samsung Galaxy J3" (2018) aparatı HD (720x1280 piksel) təsvir ölçülü 5 düymlük ekran, 5 və 8 meqapiksellik kameralar,  dördnüvəli "Exynos 7570" prosessoru, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaş ("microSD" formatlı kartların köməyi ilə yaddaşın tutumunu 256 QB-dək artırmaq mümkündür) ilə təchiz edilib.

"Samsung Galaxy J7" (2018) smartfonu 5,5 düymlük HD (720x1280 piksel) təsvir ölçülü ekran, 13 meqapiksellik ön və əsas kameralara malikdir.

2 SİM-kart, "4G VoLTE", "Wi-Fi" (802.11 b/g/n), "Bluetooth 4.2 LE", "GPS" və "FM" radio, qulaqlıqlar üçün 3,5 mm-lik konnektor quraşdırılıb. Smartfon "Android 8.0 Oreo" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

2018-ci ilin iyununda satışa çıxarılacaq "Samsung Galaxy J3" və "Galaxy J7" smartfonlarının qiyməti hələ ki məlum deyil.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.