Mobil telefon

Samsung-la Apple yenə çəkişir

26 May 2018 08:59
0 Şərh     Baxış: 1 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kaliforniya Məhkəməsi "Samsung" korporasiyasını patent hüququ pozuntusuna görə "Apple" korporasiyasına təxminən 539 milyon dollar məbləğində cərimə ödəməyə məcbur edib.

Məlumatda deyilir ki, "Samsung" korporasiyası sənaye nümunəsi üzrə patent hüququ pozuntusuna görə 533,3 milyon dollar, həmçinin ixtira üçün patent hüququnun pozuntusuna görə 5,3 milyon dollar dəyərində cərimə ödəməlidir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Apple" korporasiyası Cənubi Koreya şirkətinin 1 milyard dollar məbləğində cərimələnəcəyi fikrində idi, çünki ABŞ şirkətinin rəsmisinin qənaətinə görə, "Samsung" bu patentlərdən ən azı 1 milyard dollar qazanıb, ona görə də patentlənmiş texnologiya və dizayner həllərindən qanunsuz istifadə edilmiş smartfonların satışından əldə edilmiş bütün pulu qaytarmalıdır.

Qeyd edək ki, şirkətlər arasında məhkəmə çəkişməsi 2011-ci ildən davam edir, amma indiyədək müxtəlif məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərar tərəflərdən heç birini qane etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.