Mobil telefon

Smartfonları gücləndirəcək prosessor təqdim olundu

26 May 2018 08:31
0 Şərh     Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qualcomm" şirkəti yeni "Snapdragon 710" prosessorunu təqdim edib. Bu çip orta büdcəli smartfonları bəzi qabaqcıl xüsusiyyətlərlə təchiz edəcək. Bu haqda şirkətin rəsmi saytında məlumat verilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni çip ilk növbədə smartfonun məhsuldarlığını, təhlükəsizliyini və  kameranın imkanlarını təkmilləşdirəcək. Məlumata görə, qurğunun məhsuldarlığı 20% artacaq və 4K formatında çəkiliş vaxtı videonun keyfiyyəti yüksələcək.

Yeni çip, həmçinin şəklin keyfiyyətini yaxşılaşdıracaq. Şəkillərdə daha az səs-küy olacaq və smartfon obyektivi daha yaxşı sabitləşdirəcək. Bundan başqa, prosessor sifətin tanınması sisteminin dəqiqliyini artıracaq və ona müdaxiləni azaldacaq.

Bu prosessorun əsas özəlliyi orta büdcəli smartfonlarda süni intellektin təkmilləşdirilməsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.