Mobil telefon

"Instagram"da doğuş fotoları daha bloklanmayacaq

22 May 2018 07:41
0 Şərh     Baxış: 1 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Instagram" sosial şəbəkəsi doğuş fotolarını porno kimi qiymətləndirməmək qərarına gəlib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yeni doğulmuş körpələrlə anaların və doğuş prosesinin özünün şəkillərini paylaşan avstraliyalı fotoqraf Selena Rollasonun çəkdiklərindən gedir. İlk əvvəllər "Instagram" administrasiyası doğuş fotolarını porno materialları kimi qiymətləndirirdi.

Selena Rollason 2011-ci ildən sifarişlə doğuş fotoları çəkir. O, öz işlərindən bəzilərini müasir dövrün tendensiyasına uyğun olaraq "Instagram"a yükləyib. Qadının sinəsi və cinsi orqanları görünən fotolar ilk vaxtlar sosial şəbəkə tərəfindən bloklanıb.

İctimai fəalların ciddi dəstəyi ilə Selena doğuş fotolarının seksual xarakterli olmaması barədə kampaniyaya başlayıb və sonda istədiyinə nail olub. Mayın 15-dən "Instagram"da doğuş fotolarının dərc olunmasına icazə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.