Mobil telefon

Nokia X6 təqdim olundu

21 May 2018 21:15
0 Şərh     Baxış: 1 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

HMD Global şikəti Pekində Nokia X6 modelini təqdim etdi. Sözügedən smartfon şirkətin Nokia seriyasında ilk cihazdır ki, çərçivəsiz ekrana və ekranın yuxarı hissəsində kiçik çıxıntıya sahibdir. Nokia X6 19:9 nisbətli Full HD+ keyfiyyətli 5.8 inç ekranla təchiz olunub. Ekranın yuxarı hissəsindəki çıxıntı yerində danışıq üçün səsgücləndirici və f/2.0 diafraqmalı 16 MP-lik ön kamera yerləşdirilib. Smartfonun arxa paneli şüşə ilə örtülüb və orada ikili arxa kamera ilə barmaq izi skanı texnologiyası yerləşir.

Milli.Az technote.az-a istinadən bildirir ki, texniki özəlliklərə gəldikdə isə Nokia X6 1.8 GHz tezlikdə çalışan 8 nüvəli Snapdragon 636 prosessoru, Adreno 509 qrafik sürətləndirici, 4/6 GB RAM, 32/64 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəkli), 16 MP (f/2.0 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı) ikili arxa kamera, 16 MP-lik ön kamera, Quick Charge 3.0 sürətli enerji yığma özəllikli 3060 mAh enerji tutumlu batareya, USB Type-C girişi və iki SIM kart girişi ilə təchiz olunub.

Nokia X6 Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır və Android P-yə kimi yenilənəcək. Smartfonu artıq bugündən etibarən Çində ön sifariş etmək olar. 4 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 200$, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 235$, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya isə 265$ qiymətinə satılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.