Mobil telefon

Dünyanın ən güclü “Android” smartfonları - REYTİNQ

21 May 2018 08:51
0 Şərh     Baxış: 2 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"AnTuTu" bençmarkı 2018-ci ilin aprelinin daha güclü telefonlarının adlarını açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qələbəni Çinin "Xiaomi" şirkətinin "Black Shark" oyun telefonu qazanıb.
Cihaz 272 min baldan çox xal toplayıb. İkinci yerdə isə 236 min xal qiymətləndirmə ilə "Samsung Galaxy S9+" smartfonu yerləşir. Liderlərin üçlüyünü 263 min xal toplayan "Galaxy S9" smartfonu qapayır.
"Xiaomi Black Shark" 5,99 düym ekrana, ABŞ-ın "Qualcomm" şirkətinin istehsalı olan "Snapdragon 825" prosessoruna malikdir. Telefonun 6 GB əməliyyat yaddaşına və 64/128 GB əlavə yaddaşa sahibdir.
Bundan əvvəl isə bildirilib ki, iki kameralı yeni "BlackBerry KEY2" smartfonunu iyunun 7-də təqdim edəcəklər.  
Həmçinin məlum olub ki, Rusiyada çox aşağı qiymətlərlə "Xiaomi Redmi 5 Plus" smartfonunun satışlarına başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.