Mobil telefon

iPhone istifadəçini üz venalarına görə tanıyacaq

21 May 2018 07:22
0 Şərh     Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnformasiya texnologiyaları sahəsi üzrə ixtisaslaşan "AppleInsider" nəşri "Apple" şirkətinə məxsus smartfonun blokdan çıxarılması üçün yeni üsulu nəzərdə tutan patentini aşkarlayıb. Patentə görə, gələcək nəsil "iPhone" modelləri istifadəçini üz venalarına görə tanıyacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, patent hüququ smartfon kamerası və xüsusi sensorların təkcə sifət quruluşunun xüsusiyyətlərini deyil, həm də dəri altında qan damarlarının yerləşməsinin yadda saxlanılmasını nəzərdə tutur. Belə üsul sayəsində qurğuya müdaxilə etmək praktiki baxımdan qeyri-mümkün olacaq - blokdan çıxarılma üçün düzgün yerləşən venalarla sifətin dəqiq maskasını çıxarmaq lazım gələcək. Yeni texnologiya vasitəsilə "iPhone" smartfonları istifadəçinin həcmli şəklinin modelini yaradacaq.
 
Məlumata görə, patent üçün müraciət 12 noyabr 2015-ci ildə edilsə də, onun barəsində indi məlum olub. Hazırda ən son "Apple" smartfonu istifadəçinin sifətini skan edərək onun xarici görünüşünün minlərlə detalını yadda saxlayan "Face ID" sistemi ilə təchiz edilib. Ekspertlərin fikrincə, yeni texnologiyanın köməyi ilə smartfonlardan əkizlər asanlıqla istifadə edə biləcəklər. Belə ki, hər bir insanda qan damarlarının yerləşməsi barmaq izi kimi unikaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.