Mobil telefon

Səsli köməkçilərdə boşluq tapıldı

17 May 2018 07:22
0 Şərh     Baxış: 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və çinli alimlər smartfonlara inteqrasiya edilən səsli köməkçilərdə yeni boşluq aşkar ediblər. Mütəxəssislər səsli assistentlərə müxtəlif komandaları qurğu sahibindən xəbərsiz göndəriblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlərin fikrincə, fırıldaqçılar bu boşluqdan istifadə edə bilərlər (məsələn, giriş qapısını açmaq, hesabdan pul vəsaitini çıxarmaq və ya məhsulları onlayn almaq üçün).

"Amazon" şirkətinin rəsmisi bildirib ki, "Alexa" qurğusunun təhlükəsizlik səviyyəsinin gücləndirilməsi üçün tədbir görülüb. "Google" şirkətinin nümayəndəsi məlumat verib ki, "Google's Assistant" səsli köməkçisi gizli audiokomandaları bloklayan xüsusi funksiya ilə təchiz edilib.

"Apple" korporasiyasının rəsmisi isə öz növbəsində bildirib ki, "Siri" köməkçisinə komanda göndərmək üçün öncə "iPhone" və ya "iPad" qurğularını blokdan çıxarmaq lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.