Mobil telefon

Galaxy Note 9 testlərdən keçdi

15 May 2018 21:15
0 Şərh     Baxış: 553

Galaxy S9 və Galaxy S9 Plus modellərinin təqdimatından sonra Samsung şirkəti öz yeni flaqman modeli olacaq Galaxy Note 9-un testinə başlayıb. Milli.Az technote.az-a istinadən bildirir ki, smartfon artıq Geekbench testindən keçib. Bir neçə testlərə əsasən demək olar ki, SM-N960U modeli smartfonun ABŞ-da satışa çıxacaq versiyasıdır. O, 1.7 GHz tezlikli Snapdragon 845 prosessoru və 6 GB RAM ilə təchiz olunub. Həmçinin həmin model Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Güman olunur ki, Galaxy Note 9 Avropada Exynos 9810 prosessoru və 8 GB RAM ilə satışa çıxacaq. Bir nüvəli testdə Galaxy Note 9 2411 xal, çoxnüvəli testdə isə 8712 xal toplayıb. Bu göstəricilər OnePlus 6-nın göstəriciləri ilə demək olarki eynidir. Smartfonun Avqust ayında təqdim edilməsi gözlənilir.
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.