Mobil telefon

Onlar eşidilməyən səsli əmrləri başa düşə bilir - VİDEO

15 May 2018 08:55
0 Şərh     Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-dan olan tədqiqat qrupu rəqəmsal köməkçilərin təhlükəsizliyi ilə bağlı maraqlı təcrübələr keçirdib. Belə ki, alimlər Siri və Alexa-ya əmrləri insan qulağı ilə eşidilməyən tezlikdə veriblər. Bu üsulla cihaz istifadəçisindən gizli olaraq rəqəmsal köməkçilərə siqnallar ötürmək olar. Təcrübə prosesi zamanı alimlər səsli əmrləri musiqi parçalarına və adi danışıq nitqinə inteqrasiya ediblər.

Əmrlərin inteqrasiya olunduğu musiqi parçaları və ya danışıq nitqləri Alexa səsgücləndiricisi və ya iPhone smartfonunun yaxınlığında işə salındıqda həmin səsli köməkçilər alış-veriş siyahısına hansısa məhsulları əlavə edirdilər. Bununla belə cihazların yanında olmuş insanlar səsli köməkçilərə verilmiş əmrləri eşitmirdilər. Gizli əmrlər üzərindən pul qazanmağın yolu bahalı dəqiqəlik tarifli liniyalara telefon zəngləridir. 2017-ci ildə paylaşılmış video bu cür kiberhücum misalını əks etdirir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Onlar eşidilməyən səsli əmrləri başa düşə bilir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.