Mobil telefon

iPhone-dan məlumatlarınız oğurlana bilər

26 Aprel 2018 07:31
0 Şərh     Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər "iPhone" smartfonlarında qurğunun məsafəli idarəetməsi üçün istifadəyə imkan verən boşluq aşkarlayıblar. Bu barədə "Symantec" şirkətinin tədqiqatında deyilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumatların oğurlanması birbaşa kompüterə qoşulmadan onların ötürülməsinə imkan verən "iTunes Wi-Fi sync" sinxronlaşdırma texnologiyası vasitəsilə həyata keçirilir.
 
Bildirilir ki, təhlükəsizlik sistemində səhv "Trustjacking" adlanır. İstifadəçi tərəfindən qurğuya yad qoşulmaya icazənin verilməsi cinayətkarlara smartfona müdaxiləyə imkan yaradır.  
 
Yeni qurğularla bağlantıdan əvvəl smartfon həmişə istifadəçini məlumatlandırır və təsdiq tələb edir. İstifadəçi bu funksiyanı aktivləşdirdikdən və qurğuya qoşulmanı təsdiq etdikdən sonra "iPhone" eyni "Wi-Fi" şəbəkəsindən istifadə edən hakerlərin əlinə keçir. Nəticədə cinayətkarlar telefondakı məlumatların surətlərini köçürmək imkanı əldə edirlər. Bundan başqa, boşluq hakerlərə mobil əlavələri ləğv etməyə və ya quraşdırmağa imkan verir.  
 
Tədqiqatda qeyd olunur ki, smartfon sahibi, məsələn, ictimai yerlərdə bağlantını təsdiq edə bilər. Şirkət mütəxəssislərinin sözlərinə görə, hazırda "iPhone" smartfonunu bu metodla müdaxilədən qorumaq üçün yeganə üsul yad "Wi-Fi" şəbəkələrinə ehtiyatlı yanaşmadan ibarətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.