Mobil telefon

Huawei Honor smartfonu və ultrabuku təqdim olundu

24 Aprel 2018 07:41
0 Şərh     Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Huawei" şirkəti "Honor" brendinə məxsus iki yeni qurğusunu (qabaqcıl smartfon və ultrabuk) təqdim edib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, rəngini yaşıldan bənövşəyiyə dəyişən şüşə korpusla təchiz edilmiş smartfon "Full HD" təsvir ölçülü 5,84 düymlük maye kristal ekran, süni intellekt funksiyaları ilə "sürətləndirilmiş" "Kirin 970" prosessoru ilə təchiz edilib. "Huawei Mate 10 Pro", "P20" və "View 10" smartfonlarında da eyni prosessor quraşdırılıb.

"USB Type-C" portu və qulaqlıqlar üçün audiokonnektor nəzərdə tutulub. Foto və videoçəkiliş üçün 16 və 24 meqapiksellik obyektivlər, "selfi" üçün isə 24 meqapiksellik kamera var.

"Huawei" şirkəti smartfonla birgə "Honor" seriyasına məxsus 14 düymlük noutbuk da təqdim edib. "MagicBook" adlı noutbukun korpusunun qalınlığı 15,8 mm, çəkisi 1,5 kq-dır. "IPS" matrisdən ibarət tutqun panel 1080p təsvir ölçüsünə malikdir.

Yeni ultrabuk 8-ci nəsil "Intel" prosessorları ("i5-8250u" və ya "i7-8550u"), 8 QB-lıq əməli yaddaş, 256 QB-lıq SSD daşıyıcı və 2 QB-lıq "GDDR5" videoyaddaşa malik "Nvidia MX150" qrafik kartı ilə təchiz edilib. Cihaz 12 saat avtonom işləmə müddətinə malikdir.

"MagicBook" ultrabuku "USB-C" portu ilə 1 saat ərzində 0-dan 70%-dək enerji toplayır. Qurğunun kənarında yerləşdirilmiş barmaq izləri skanerinin köməyi ilə 0,9 saniyə ərzində onu blokdan çıxartmaq mümkündür. "Huawei" şirkətinin rəsmisi bildirib ki, sistem 7,6 saniyə ərzində yüklənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.