Mobil telefon

5G gəlir

21 Aprel 2018 07:41
0 Şərh     Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Huawei" şirkəti "5G" (NSA) qeyri-avtonom arxitekturası üçün şəbəkə nüvəsini sınaqdan keçirən ilk telekommunikasiya avadanlığı istehsalçısı olub. Bu hadisə beşinci nəsil mobil rabitə şəbəkəsinin kommersiya istifadəsinə verilmə vaxtını yaxınlaşdırıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki,  şəbəkə nüvəsi üçün əsas xüsusiyyətlərin və servis proseslərinin yoxlanıldığı test zamanı "IMT-2020 (5G) Promotion Group" işçi qrupu tərəfindən "5G" texnologiyasının Çin İnformasiya-Kommunikasiya Texnologiyaları Akademiyasının (CAICT) Pekindəki laboratoriyasında keçirilən elmi-tədqiqat sınaqlarının üçüncü mərhələsi olub.
 
Məlumata görə, testdə "Huawei" şirkəti tərəfindən Barselonada "MWC 2018" sərgisində təqdim edilən "5G Core Network" kommersiya həllindən istifadə edilib. Sınaqlarda Çinin "China Mobile", "China Telecom" və "China Unicom" operatorları iştirak ediblər.
 
"5G" nüvəsi idarəetmə müstəvisinin və istifadəçi müstəvisinin (CUPS) bölünməsi əsasında paylayıcı arxitekturadan istifadə etməklə fəaliyyət göstərir. Bununla yanaşı, istifadəçi müstəvisi zəif yubanma göstəricilərinin praktiki olaraq istənilən vaxtda və istənilən yerdə təmini üçün şəbəkə periferiyasında adaptiv şəkildə qurula bilər.
 
"Huawei" 2017-ci ilin sonunadək dünyada "5G" şəbəkə nüvəsindən istifadə etməklə 15 kommersiya obyekti inşa edib. Şirkət "5G" sahəsində elmi-tədqiqat texnologiyalarına gələcəkdə də investisiyalar yatırmağı və müvafiq standartların formalaşmasına yardım göstərməyi planlaşdırır.
 
Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.