Mobil telefon

Internet adlı mobil brauzer təqdim olundu

21 Aprel 2018 08:11
0 Şərh     Baxış: 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Amazon" şirkəti "Internet" adlı mobil brauzerini təqdim edib. Proqramçılar əmin edirlər ki, "Internet" mobil brauzeri az sayda məlumatdan istifadə edir və yadda saxlayır, az yer tutur və internetə çıxış sürəti zəif olan qoşulmalar üçün optimallaşdırılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni mobil brauzer hələ martda təqdim edilib, amma uzun müddət nəzərdən kənarda qalıb. Sözügedən mobil brauzeri "Google Play" mağazasından yükləmək mümkündür. Hələ ki "Internet" mobil brauzeri Hindistanda yalnız "Android 5.0" və ondan yuxarı versiyaların idarəetməsi altında işləyən qurğularda əlçatandır.

Mobil proqram məxfi rejimə malikdir, yəni ki daxilolmaların tarixçəsi qeydə alınmır, əsas səhifədə isə kriket idman növü ilə bağlı xəbərlər göstərilir. "Internet mobil brauzeri əlavə icazələr sorğulamır və ya başqa brauzerlər kimi fərdi məlumatları toplamır" - proqramın təsvirində belə deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.