Mobil telefon

Rusiya “Apple” və Google”dan tələb etdi: Telegram silinsin!

19 Aprel 2018 08:55
0 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsinə nəzarət üzrə dövlət orqanı - "Roskomnadzor" "Apple" və "Google"a məktub göndərərək "App Store" və "Google Play" virtual mağazalarından Telegram" messencerinin silinməsini tələb edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hələlik həmin mağazalardan "Telegram"ı yükləmək mümkündür. "Apple" və "Google" hələ ki məsələyə münasibət bildirməyiblər.

Xatırladaq ki, aprelin 13-də Moskva şəhər Taqansk rayon Məhkəməsi "Roskomnadzor"un iddiası əsasında "Telegram"ın ölkə ərazisində bloklanması haqqında qərar qəbul edib. Məhkəmə belə qənaətə gəlib ki, messencer vasitəsilə ötürülən informasiyalar dövlətin və əhalinin təhlükəsizliyinə təhdid yarada bilər. Məhkəmə qərarı o vaxt ləğv oluna bilər ki, "Telegram" bu məsələdə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlığa getsin və istifadəçi məlumatlarının deşifrə olunması üçün müvafiq "açar"ları kəşfiyyata təqdim etsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.