Mobil telefon

WhatsApp cinayətkarı ələ verdi

19 Aprel 2018 08:46
0 Şərh     Baxış: 1 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Uels polisi axtarışda olan narkodileri "WhatsApp" sosial şəbəkəsində alıcıya göndərdiyi şəkil vasitəsilə müəyyənləşdirərək həbs edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, həmin foto Bricend dairəsində saxlanılan şəxsin smartfonunda aşkarlanıb.

Fotoda narkotiki ovcunda saxlayan narkodilerin barmağının yalnız bir hissəsi görünüb. Ekspertlər müəyyənləşdiriblər ki, bu barmağın sahibi əvvəllər həbs etdikləri şəxsə məxsusdur. Bununla da axtarışda olan narkotik alverçisi ifşa olunaarq saxlanılıb və ona qarşı 11 ittiham irəli sürülüb.

Qeyd edək ki, fitnes braslet, smart-səsgücləndirici və digər "ağıllı" cihazlar artıq polisin araşdırmalarında "lal şahid" kimi mühüm rol oynayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.