Mobil telefon

Android-də minlərlə proqram uşaqları izləyir

19 Aprel 2018 08:51
0 Şərh     Baxış: 1 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google Play" mağazasında uşaqların onlayn aktivliyini izləyən 3300-dən  çox proqram yerləşdirilib. "PET Symposium"un tədqiqatçılar komandası aydınlaşdırıb ki, izləmə valideynlərdən xəbərsiz həyata keçirilir ki, bu da  ABŞ-ın qanunlarına ziddir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Designed for Families" proqramı çərçivəsində "Google Play" mağazasında yerləşdirilmiş 5855 "Android" proqram araşdırılıb.
 
Məlum olub ki, mobil proqramların 28%-i "Android sazlamaları ilə qorunan məxfi məlumatlara giriş üçün sorğu edib", 73%-i  isə "məxfi məlumatları internet üzərindən ötürüb". Bu haqda hesabata istinadən "Engadget" nəşri yazıb. 256 mobil proqram geolokasiya məlumatları, 107-si qurğu sahiblərinin elektron poçt ünvanlarını, 10-u isə telefon nömrələrini toplayıb.
 
Bundan başqa, 1100 proqram daimi identifikatorları (hədəflənmiş reklamın yaradılmasında istifadə olunur), 2281-i isə "Android"in reklam identifikatorlarını ötürür ki, bu da internetdə uşaqların fərdi məlumatlarının müdafiəsi haqda qanunla (COPPA) qadağandır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.