Mobil telefon

Sony Xperia XZ2 Premium təqdim olundu

19 Aprel 2018 08:01
0 Şərh     Baxış: 1 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sony" şirkəti "Xperia XZ2" və "Xperia XZ2 Compact" qurğularının  təqdimatından 2 ay sonra "Xperia XZ2 Premium" adlı daha bir qabaqcıl smartfonunu təqdim edib. Bu, şirkətin tam qaranlıq şəraitdə şəkil çəkən ikiqat kameraya malik ilk smartfonudur. "Premium" istehsal xəttinin əvvəlki modelləri kimi yeni model də qabaqcıl "Qualcomm" prosessoru, həmçinin 4K təsvir ölçüsünə malik və HDR texnologiyasını dəstəkləyən ekranla təchiz edilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Xperia XZ2 Premium" smartfonu 4K təsvir ölçüsü və tərəflər nisbəti 16:9 olan 5,8 düymlük displeyə malikdir. Smartfonda "Bravia" televizorlarında tətbiq edilmiş müxtəlif texnologiyalar, həmçinin mobil qurğularda məzmunun HDR-ə yaxın çevrilməsi üçün tətbiq edilən "X-Reality" seçimindən istifadə edilir. Şirkətin rəsmiləri əmin edirlər ki, "Xperia XZ2 Premium" smartfonunda "S-Force Front Surround" adlı ön stereodinamiklər bütün modellər arasında ən gur səsə malikdir.
 
"Xperia XZ2 Premium" smartfonu ekrandan başqa rəngli və ağ-qara rəngli sensorlara malik "Motion Eye Dual" yeni kamerası ilə öyünə bilər. Məlumdur ki, yeni kameranın köməyi ilə portret rejimində çəkmək və "4K HDR" formatında video yazmaq mümkündür. Yeni modulun əsas özəlliyi ISO 12 800 ilə video, ISO 51200 ilə isə foto çəkiliş imkanıdır.
 
"Sony Xperia XZ2 Premium" smartfonunun texniki xüsusiyyətləri aşağıdakılardır:
displey: 5,8 düym, 4K, 16:9, HDR dəstəyi, Gorilla Glass 5;
prosessor: "Qualcomm Snapdragon 845";
əməli yaddaş: 6 QB;
əsas kamera: ikiqat "Motion Eye Dual", video w,wn ISO 12 800 və foto üçün ISO 51 200;
Ön kamera:13 meqapiksel;
akkumulyator: 3450 milliamper/saat;
su və tozdan müdafiə: "IP65/68";
ölçüləri: 158x80x11,9 mm;
çəki: 236 qram;
rəng: qara və boz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.