Mobil telefon

“Apple” KİV-ə informasiya sızdıran əməkdaşlarını cəzalandıracaq

17 Aprel 2018 08:21
0 Şərh     Baxış: 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti məxfi informasiyaları KİV-ə sızdıran əməkdaşlarını ciddi cəzalandırmaq qərarına gəlib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bundan sonra istənilən informasiya sızıntısı işdən çıxarılma ilə cəzalandırılacaq.

Ötən il KİV-ə məlumat ötürən 29 "Apple" əməkdaşı ifşa edilib. Onlardan 17-si işdən qovulub, 12-si ilə hüquq-mühafizə orqanlarının əməkdaşları məşğuldur.

Şirkətdən bildiriblər ki, gələcək layihələr barədə istənilən informasiya sızıntısı təqdimat mərasimindən sonra məhsulun qiymətinin aşağı düşməsi ilə nəticələnir. Buna misal olaraq "Apple Watch" və "iPhone X"-lə bağlı baş verənlər göstərilir. Üstəlik, bu faktor rəqib şirkətlərin də işinə yarayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.