Mobil telefon

Google Play-də 21 bank hədəfə alınıb

17 Aprel 2018 07:11
0 Şərh     Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ESET" şirkətinin mütəxəssisləri mobil bankçılıq istifadəçilərini hədəf almış yeni fırıldaqçı sxem aşkar ediblər. "Google Play" mağazasında 21 bankın müştəriləri üçün "universal mobil proqram" peyda olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, proqram polşalı istifadəçiləri hədəf alıb. "Universal Banking Poland" proqramı 21 internet bankçılıq sistemində şəxsi kabinetlərə giriş təklif edir. İstifadəçiyə siyahıdan hesaba malik olduğu bankı seçmək, xüsusi formaya loqin və parolu daxil etmək təklif edilir.

Daxil edilmiş məlumatlar kənar serverə göndərilir və hesablardan vəsait oğurlamaq məqsədilə istifadə edilir. Mobil proqram iki mərhələli autentifikasiyanı keçir: istifadəçi vəsaitin çıxarılması haqda bankdan göndərilən SMS mesajları görmür, çünki hakerlər mesajlara girişi ələ keçirirlər.

"Universal Banking Poland" proqramı "Google Play" mağazasında 20 martda yerləşdirilib. Sözügedən mobil proqram "ESET" şirkətinin xəbərdarlığından sonra mağazadan silinib, amma əvvəlki kimi kənar resurslarda əlçatandır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.