Mobil telefon

Hansı telefonlar ölümə SƏBƏB OLUR?

14 Aprel 2018 23:49
0 Şərh     Baxış: 4 283

Elm adamları insan DNT-si ilə 99 faiz uyğun gələn böyük meymunların həyatı üçün gözlənilməz təhlükə aşkarlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, smartfonların və oyun konsollarının istehsalı zamanı istiyədavamlı koltan mineralı (kolumbit-tantalit) istifadə olunur. Bu mineralın aşkarlanmış ehtiyatının 80 faizi Afrikada, Konqo Demokratik Respublikasının meşələrindədir. İnsanabənzər meymunlar da həmin ərazilərdə yaşayırlar.

Bioloq Kreyq Stenford deyir: "Yerli sakinlər çaylarda çox aşağı texnoloji səviyyədə koltanı qızıl kimi yuyurlar. Onlara bu minerallara görə pul ödənmir, əvəzində ov və ərzaq üçün tüfəng və patronlar verilir. Nəticədə onlar meymunları ovalayırlar".

Ağıllı telefonlar, həmçinin heyvan ticarətində dəyişikliyə də səbəb olub.

Phys.org nəşri tədqiqatçı Ceyms Askyunun sözlərini yayımlayıb: "Siz Instagramda bir oranqutan seçə və sadəcə 50 dollar qarşılığında ala bilərsiniz".

Heyvanlar brakonyerlər tərəfindən və böyüdükdən sonra ekzotik ev heyvanlarının icarəyə verildiyi heyvan ticarəti mərkəzlərindən gətirilirlər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.