Mobil telefon

Instagram Stories'ə son zamanların məşhur foto rejimi gəldi

14 Aprel 2018 08:51
0 Şərh     Baxış: 1 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Instagram servisi öz məşhur Stories funksiyasına Focus adlı portret rejimini əlavə etdi. Bu rejim çəkilmiş fotonun arxa fonunu bokeh effekti sayəsində bulanıq edir. Lakin bu yeni funksiya bütün cihazlarda çalışmayacaq (məsələn iPhone 6s və bəzi Android smartfonlar). Qeyd etmək lazımdır ki, fotoda bu cür effekti əldə etmək üçün müasir smartfonlarda ikili arxa kameradan istifadə olunur.

Milli.Az technote.az-a istinadən bildirir ki, lakin Instagram-da süni zəka texnologiyasından istifadə olunacaq. Yeni funksiya həm arxa kamera həmdə ön kamera üçün keçərlidir və onu hətta videolarda da istifadə etmək mümkündür. Sözügedən effektlə çəkilmiş fotolara filtrlər və stikerlər əlavə etmək olar. Həmçinin  servis qradient rəngli stiker də əlavə edib. Onun vasitəsilə istifadəçilər öz dostlarını işarələyə bilərlər. Əgər sözügedən funksiyaları Instagram-da aşkar edə bilməmisinizsə deməli onlar tədricən hamı üçün aktiv olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.