Mobil telefon

Huawei Mate 20 rekord vurdu

14 Aprel 2018 08:31
0 Şərh     Baxış: 1 105

Huawei şirkətinin öz flaqman modelləri olan P20 və P20 Pro smartfonlarını təqdim etməsindən uzun zaman keçməyib, lakin artıq AnTuTu bençmark saytında Huawei Mate 20 smartfonu ortaya çıxıb. Bu barədə Gizmochina saytı xəbər verib. AnTuTu test nəticələrinə əsasən sözügedən smartfon hələ anons olunmamış Kirin 980 prosessoru ilə təchiz olunacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, Huawei Mate 20 AnTuTu testində 356.918 xal toplayıb. Bu isə hal-hazırki smartfon bazarında rekord göstəricidir. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone X həmin testdə 230.000 xal, Snapdragon 845 prosessorlu flaqman modelləri isə 280.000 xal toplayırlar. Şayiələrə əsasən Huawei bu il ARM şirkətinin Mali seriyalı qrafik sürətləndiricisindən imtina edəcək. Məlumata əsasən Mali-nin yerinə şirkət öz istehsalı olan qrafik sürətləndiricidən istifadə edəcək. Huawei Mate 20-nin payız fəslində satışa çıxacağı planlaşdırılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.