Mobil telefon

LG G7 ThinQ smartfonunun rəsmi fotosu sızdırıldı

14 Aprel 2018 08:21
0 Şərh     Baxış: 427

Bu il LG şirkəti özünün məşhur G seriyası smartfonunun təqdimatını bir qədər ertələdi. Belə ki, sözügedən smartfon seriyasında bir sıra dəyişikliklər olacaq. Beləliklə yeni smartfon LG G7 ThinQ adlanacaq. Yeni sızdırılmnış foto sayəsində biz artıq LG G7 ThinQ modelinin necə görünəcəyini bilirik. Xarici görünüşcə yeni model LG G6'dan minimal dəyişikliklər ilə fərqlənir. Belə ki, yeni modelin ön panelinin yuxarı hissəsində kiçik çıxıntı yerləşir, arxa paneldəki kamera isə şaquli vəziyyətdə yerləşdirilib. Korpus isə həmişəki kimi şüşə və metaldan hazıllanıb. Smartfonun adındakı ThinQ sözü LG şirkətinin süni zəka texnologiyasına aiddir.

Milli.Az technote.az-a istinadən bildirir ki, şirkət bir neçə müddət bundan öncə LG V30S ThinQ adlı smartfonu təqdim etmişdi. Həmin smartfonda kamera vasitəsilə obyektlərin təyin olunması üçün süni zəka texnologiyasından istifadə olunur. LG G7 ThinQ-nun korpusunun kənar hissəsində əlavə düymə yerləşdirilib. Həmin düymə çox güman ki, səsli köməkçinin işə salınması üçün nəzərdə tutulub. Məlumata əsasən yeni LG G7 3120x1440 piksel keyfiyyətli 6 inç ekran, Snapdragon 845 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş, 16 + 16 MP-lik ikili arxa kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.