Mobil telefon

HTC U12 Plus-ın bütün texniki göstəriciləri sızdırıldı

14 Aprel 2018 08:11
0 Şərh     Baxış: 1 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

HTC şirkəti bu il yalnız bir flaqman modelini təqdim edəcək. Söhbət HTC U12 Plus modelindən gedir. Şayiələrə əsasən onun təqdimatı artıq gələn ay baş tutacaq. Buna görə də hər keçən gün smartfon haqqında daha çox məlumatlar ortaya çıxmağa başlayır. Beləliklə internetdə sözügedən smartfonun artıq bütün texniki göstəriciləri haqqında məlumatlar sızdırılıb. HTC U12 Plus 18:9 nisbətli 2880x1440 piksel keyfiyyətli 5.5 inç Super LCD (Quad HD+ keyfiyyətində) ekranla təchiz olunacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, ekranı həmçinin Corning Gorilla Glass 5 qoruyucu şüşəsi qoruyacaq. Bu barədə GSMArena saytı xəbər verib. Smartfonun korpusu IP68 standartı üzrə sudan və tozdan qorunmuş şəkildə olacaq. Beləliklə cihazı yarım saat müddətinə suya salmaq mümkün olacaq. Digər texniki göstəriocilərə gəldikdə isə sartfon 8 nüvəli Snapdragon 845 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş (2 TB'a kimi microSD dəstəyi) 12 + 12 MP ikili arxa kamera, 8 + 8 MP ikili ön kamera və 3420 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

HTC U12 Plus Sense 10 interfeysli Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfonun daha bir yeni funksiyaları arasında həmçinin sıxılmaya həssas Edge Sense 2.0 çərçivələri də olacaq. Smartfonun hər bir kamerası təsvirin optik stabilizasiyası özəlliyinə sahib olacaq. Yeni HTC modelinin qiyməti barəsində heç bir məlumat yoxdur. Lakin çox güman ki, o, HTC U11 Plus modelinin qiymət göstəricisində satılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.