Mobil telefon

Amerikalı yeniyetmələrin 82 faizi “iPhone” istəyir

14 Aprel 2018 07:51
0 Şərh     Baxış: 524

"Piper Jaffray" şirkəti ABŞ-ın 40 ştatında 16 yaşlı amerikalı yeniyetmələr arasında sorğu keçirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, sorğu "iPhone" smartfonlarının "Android" bazalı smartfonlar üzərində üstün olduğunu göstərib.
 
Amerikalı yeniyetmələrin 82 faizi "Android" və digər əməliyyat sistemləri ilə işləyən "iPhone" smartfonlarına üstünlük verirlər. Bu, belə sorğuların keçirildiyi müddət ərzində ən böyük yüksək nəticədir. 2017-ci ilin payızında "Apple" şirkətlərinin istehsalı olan smartfonlara yeniyetmələrin 75 faizi səs veriblər.
 
Ancaq bu hələ son deyil: Rəyi soruşulanların 94 faizi bildirib ki, özlərinin yeni smartfonu qismində də "iPhone" smartfonunu görürlər.
 
Bundan başqa, sorğuda iştirak edənlərin 20 faizi növbəti 6 ay ərzində "Apple Watch" "ağıllı" saatlarını əldə etmək istədiklərini bildiriblər. "Apple Watch"dan daha çox ABŞ-ın yeni nəsli "Rolex" saatlarını əldə etmək istəyir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.