Mobil telefon

Rusiyada Telegram qadağan edilə bilər

20 Mart 2018 19:37
1 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Ali Məhkəməsi "Telegram" messencerinin qurucusu və sahibi Pavel Durovun Federal Təhlükəsizlik Xidmətinə qarşı iddiasını rədd edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Ali Məhkəmə Durova tövsiyə edib ki, 15 gün ərzində FTX-nin sorğusunu cavablandırsın. Əks halda, "Roskomnadzor" messencerə Rusiya ərazisindən girişi qadağan edə bilər.

Xatırladaq ki, Rusiya qanunvericiliyinə əsasən, ölkə ərazisində fəaliyyət göstərən istənilən messencer və sosial şəbəkə dövlətin sorğusu əsasında yazışmalar və onların müəllifləri barədə zəruri məlumatları təqdim etməlidirlər. Pavel Durov "Telegram" messencerinin tam azad və istifadəçilərinin hüquqlarına hörmətlə yanaşan servis olduğunu bildirərək, bu şərtə əməl etməkdən boyun qaçırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.