Mobil telefon

iPhone buraxılışı dayandırılıb

20 Mart 2018 16:15
0 Şərh     Baxış: 1 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Apple" şirkətinin Çində yerləşən zavodunda "iPhone" smartfonlarının istehsalı ikihəftəlik müddətə dayandırılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, istehsalın dayandırılmasına səbəb smartfonların istehsalı zamanı baş verən pozuntu halları olub. Belə ki, Kunşan şəhərində yerləşən zavodda smartfonlarda şirkət tərəfindən sertifikatlaşdırılmayan istehsalçının sukeçirməz komponentlərindən istifadə edilib.

Bildirilir ki, hər beşinci "iPhone 8 Plus" modeli Çinin "Wistron" şirkəti tərəfindən istehsal olunur, digər smartfon modellərinin istehsalı ilə Tayvanın "Foxconn" şirkəti məşğul olur.

"Apple" smartfonlarının istehsalının dayandırılması ilə əlaqədar yaranmış vəziyyətə görə şirkətin hərraclarda səhmlərinin dəyəri 5 faiz ucuzlaşıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.