Mobil telefon

Üçkameralı Huawei smartfonları göstərildi - VİDEO

17 Mart 2018 07:22
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Huawei" şirkəti yeni qabaqcıl "P20" smartfonlarının buraxılışı ərəfəsində üçkameralı modellərin üstünlüklərini nümayiş etdirib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Çin istehsalçısı "Huawei" smartfonunun kameralarının peşəkar texnika ilə mübarizəsini əks etdirən iki videoçarx dərc edib. Birinci videoçarxda üçqat kameranın pis işıqlandırma şəraitində də keyfiyyətli çəkiliş aparması nümayiş etdirilir, ikincidə isə şirkət obyektivli böyük fotoaparatlara ehtiyac qalmamasına işarə edir.
 
Məlumata görə, "Huawei P20", "P20 Lite" və "P20 Pro" smartfon modellərinin martın 27-də Parisdə nümayiş etdirilməsi planlaşdırılır. Qabaqcıl modellərin başlıca xüsusiyyəti onların üçkameraya malik olmasındadır. Həmçinin məlum olub ki, modellər dörd - qara, göy, qızılı çəhrayı və qradiyent rəngində buraxılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.