Mobil telefon

Mobil texnologiya xərcləri artır

17 Mart 2018 07:41
0 Şərh     Baxış: 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"IDC" tədqiqat şirkətinin yeni proqnozuna əsasən, 2018-ci ildə qurğular, proqram təminatı və xidmətlər daxil olmaqla mobil texnologiyalara sərf ediləcək qlobal xərclərin həcmi 3,2% yüksələrək 1,6 trilyon ABŞ dollarını ötəcək. Analitiklər hesab edirlər ki, 2021-ci ilədək yüksək dinamika qalacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mobil xidmətlər sahəsində daha çox xərc qeydə alınacaq: yaxın 5 ildə mobil texnologiyalar üzrə ümumi xərclərin təxminən 60%-i mobil xidmətlər seqmentinin payına düşəcək. "IDC"-nin qiymətləndirməsinə görə, 2021-ci ildə mobil xidmətlərdən qazanılacaq gəlir 1 trilyon dolları ötəcək.
 
Avadanlıq seqmenti ikinci mühüm istiqamət olacaq. 2021-ci ildə mobil qurğuların satın alınmasına xərclər 675 milyard dollara yaxınlaşacaq.
 
ABŞ və Çin mobil texnologiyalara xərclər üzrə lider dövlətlər olacaqlar. Hər iki ölkə mobil qurğu, proqram təminatı və xidmətlərə qlobal göstəricinin təxminən 20%-ni xərcləyəcək. Bundan başqa, Qərbi Avropa və Asiya-Sakit okean regionu (Yaponiya istisna) tərəfindən böyük töhfə gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.