Mobil telefon

Ən tutumlu smartfon satılacaq

17 Mart 2018 08:05
0 Şərh     Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Doogee" şirkəti yeni mühafizəli "S60 Lite" smartfonunu təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Doogee S60 Lite" modelinin korpusu alümindən, çərçivəsi isə zərbələrdən əlavə qoruyucu rolunu oynayan polikarbonatdan ibarətdir. Smartfon, həmçinin "IP68" standartı üzrə suyadavamlı və tozkeçirməzdir. Bunun sayəsində qurğunun yarım saat ərzində suyun bir metr dərinliyində qalması mümkündür.

Məlumata görə, smartfonun ön tərəfində beşinci nəsil "Gorilla Glass" qoruyucu şüşəsi ilə örtülən "Full HD" təsvir ölçülü 5,2 düym diaqonallı ekran yerləşir. Məhsuldarlığı 1,5 QHs maksimal tezlikli səkkiznüvəli "MediaTek" prosessoru və 4 giqabaytlıq operativ yaddaş həyata keçirir. Proqram, foto, musiqi və digər məlumatların saxlanılması üçün 32 giqabaytlıq yaddaş nəzərdə tutulub. Quraşdırılmış akkumulyatorun tutumu 5580 milliamper/saat təşkil edir. 12V/2A gücünə malik sürətli enerjidoldurma və simsiz enerjidoldurma dəstəklənir. Smartfonun əsas kamerası optik təsvir sabitləşdiricisi sisteminə malik 16 meqapikselli sensorla təchiz olunub. Həmçinin qurğu kontaktsız ödənişlər üçün "NFC" moduluna malikdir.

Bundan əlavə, smartfon aktiv istifadəçilər üçün nəzərdə tutulan bir sıra ötürücü və sensorlarla (GPS, GLONASS, kompas, giroskop, kulonometr və s.) təchiz edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.