Mobil telefon

Smartfon və psixikanın korlanması arasında bağlılıq var

14 Mart 2018 07:31
0 Şərh     Baxış: 507

Məlum olub ki, smartfonlar öz sahibində psixiki problemlər yarada bilər. Bu haqda "Business Insider" nəşri yazıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, nəşr iddia edir ki, daimi zəng və bildirişlər stress hormonlarını hərəkətə gətirir. Bu isə ona səbəb olub ki, amerikalı tələbələrin 89%-i "uydurma" vibrozənglərdən (telefon sönülü vəziyyətdə olduqda belə beyin ona reaksiya verir) şikayət ediblər. Tələbələrin 86%-i isə bildirib ki, onlar müntəzəm olaraq elektron poçt və sosial şəbəkələrini yoxlayırlar.

Endokrinoloq Robert Lyustiq nəşrə deyib ki, telefon bildirişləri beyni daima stress və qorxu vəziyyətində saxlayır. Bu isə yüksəksəviyyəli koqnitiv funksiyalar (iradə, abstrakt düşüncə, özünü ifadə və metabilik) üçün məsuliyyət daşıyan baş beynin prefrontal qabığının tam gücü ilə  işləməsini dayandırmasına səbəb olur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.