Mobil telefon

Smartfonların dizaynında böyük dəyişikliklər olacaq

14 Mart 2018 07:41
0 Şərh     Baxış: 541

"HTC" şirkətinin baş icraçı direktoru Şer Vonq gələcəkdə buraxılacaq smartfonlarla bağlı bir sıra maraqlı proqnozlar verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, onun sözlərinə görə, beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) istifadəyə verilməsi ilə smartfonların ənənəvi dizaynında köklü dəyişikliklər gözlənilir.

Bildirilir ki, ilk "iPhone" modelinin buraxılışından ötən müddət ərzində smartfonlar prinsipcə dəyişməz qalıb. On bir il əvvəl olduğu kimi, onların əksəriyyəti ön ekrana malik paralelepiped şəklindədir. "Bu illər ərzində ekranların diaqonalları böyüdülüb, çərçivələrin ölçüsü kiçildilib, lakin köklü dəyişikliklər baş verməyib. "5G" şəbəkəsinin yaranması ilə hər şey başqa cür olacaq - smartfonların adət etdiyimiz forması dəyişəcək", - Ş.Vonq qeyd edib.

"Smartfonlar bu gün bizim bildiyimiz və sevdiyimiz parlaq düzbucaqlıdan fərqlənə bilər. Güman edirəm ki,  onların forması dəyişəcək, çünki "5G" qurğunun hesablama gücünə tələbatı azaldır", - Tayvan şirkətinin təmsilçisi vurğulayıb.

"HTC" rəhbərinin konkret olaraq nəyi nəzərdə tutduğu barədə məlumat verilmir. Onun qatlanan smartfonların yaranmasına və ya onları əvəz edəcək daşınan qurğulara işarə etdiyi ehtimal olunur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.