Mobil telefon

“WhatsApp” faydalı funksiyalarından birini dəyişdi

14 Mart 2018 08:41
0 Şərh     Baxış: 3 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" messencerinin tərtibatçıları məlumatların silinməsi funksiyasını müasirləşdiriblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bundan sonra istifadəçilər göndərilən məlumatları 1 saat 8 dəqiqə ərzində digər kənar cihazlardan da silə biləcəklər.
 
Bundan əvvəl "WhatsApp"da məlumatları göndərildikdən sonra 8 dəqiqə yarımdan gec silmək mümkün deyildi. Ancaq akkaunt sahibləri bu qaydada da müəyyən yol tapıblar. İstənilən göndərilən məlumatı silmək üçün smartfonu oflayn rejimə keçirmək və ya haker proqramlardan istifadə etmək kifayətdir.

Yeni "WhatsApp" messencerinin beta versiyasını artıq yükləmək mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.