Mobil telefon

Nokia 9 iPhone X-in əsas özəlliyini əldə edəcək

14 Mart 2018 08:59
0 Şərh     Baxış: 1 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni məlumatlara əsasən "HMD Global" şirkətinin bu ilki ən güclü smartfonu olacaq Nokia 9 iPhone X-in yolu ilə gedəcək və onun əsas özəlliyini özündə birləşdirəcək.
Milli.Az technote.az-a istinadən bildirir ki, söhbət ekranın yuxarı hissəsində kiçik çıxıntıdan və çox nazik çərçivələrdən gedir. Bundan əlavə olaraq yeni məlumatlara əsasən barmaq izi skanı texnologiyası smartfonun ekranına inteqrasiya olunacaq. Bununla yanaşı Nokia 9-da innovasiyalı kameranın olacağı da gözlənilir. Texniki göstəricilərə gəldikdə isə Nokia 9 hər iki kənarı əyilmiş 18:9 nisbətli 1440x2560 piksel keyfiyyətli 5.7 inç OLED ekran, 8 nüvəli Snapdragon 845 prosessoru, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş, 13 MP-lik ikili arxa kamera (Carl Zeiss), 5 MP-lik ön kamera və 3250 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.