Mobil telefon

“BlackBerry” “Facebook”, “WhatsApp” və “Instagram‍”ı məhkəməyə verdi

10 Mart 2018 08:35
0 Şərh     Baxış: 743

Kanadanın "BlackBerry" şirkəti Kaliforniya məhkəməsinə ABŞ-ın "Facebook" korporasiyasına və onun törəmə strukturları olan "WhatsApp" messenceri və "İnstagram" sosial şəbəkəsinə qarşı iddia ilə çıxış edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, smartfon istehsalçısı cavabdehləri əqli mülkiyyət hüquqlarını pozmaqda günahlandırır.

"BlackBerry"nin fikrincə, "Facebook" rəhbərliyi şirkətin "smartfon istehsalındakı innovasiyalarını" mənimsəyib. Belə ki, "WhatsApp" və "Instagram" əlavələrinin təkmilləşdirilməsi zamanı şirkətin təhlükəsizlik məsələləri ilə bağlı olan patentləşdirilmiş işləmələri, həmçinin istifadəçinin interfeysi və mobil cihazın akkumulyatorunun istismar müddətindən istifadə edib.

Cavabdehin nümayəndələri bu iddiaları inkar edirlər. "Facebook" korporasiyasında Kanada şirkətinin bu iddialarına sərt cavab veriləcəyinə söz veriblər. Amerika şirkətinin baş hüquq məsləhətçisinin müavini Pol Qreulun sözlərinə görə, bu iddia "BlackBerry"nin biznesinin messencerlər bazarında əsl vəziyyətini nümayiş etdirir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.