Mobil telefon

2019-cu ildə Ayda 4G şəbəkəsi qurulacaq

10 Mart 2018 08:05
0 Şərh     Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vodafone" və "Nokia" şirkətləri 2019-cu ildə Ayda 4G mobil şəbəkəsini qurmaq niyyətindədir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu məqsədlə Yerin peykinə "çəkisi şəkər qutusundan az" xüsusi avadanlıq göndəriləcək.

Məhz bu qurğu vasitəsilə yüksək dəqiqlikli məlumat axını Ayın landşaftından Yerə ötürüləcək. Şəbəkə ilə göndərilən videolar və digər məlumatlar missiyanın Berlindəki idarəetmə mərkəzinə Ayda gəzən iki "Audi" aparatını idarə etməyə imkan verəcək.

"Nokia"nın texniki direktoru Markus Ueldon bildirib ki, bu missiya kosmosun öyrənilməsi üçün böyük əhəmiyyət daşıyır. Çünki gələcək uçuşlar zamanı qurğu ekstremal şəraitdə çalışacaq və bəşəriyyət kosmosdan məlumatların ötürülməsinə öyrəşməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.