Mobil telefon

Uşaq anasının “iPhone”unu yarım əsrlik bloka saldı

10 Mart 2018 08:59
1 Şərh     Baxış: 3 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin sakini 2 yaşlı oğluna öyrədici videolara baxmaq üçün öz "iPhone"unu verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, körpə çoxlu sayda düzgün olmayan şifrələri yığaraq 47,5 il müddətinə anasının telefonunu bloka atıb.

Bu məzəli hadisə bu ilin yanvar ayında baş verib. Belə ki, çinli qadın 2 yaşlı uşağını nə ilə məşğul etməyi bilmədiyindən, ona öyrədici videolara baxmaq üçün öz "iPhone" smartfonunu vermək qərarına gəlir. Uşaq isə qəflətən smartfonu bloka salır və sərbəst olaraq özü ona şifrə seçməyə başlayır. Cavan ana ondan cihazını qaytarmağı xahiş edəndə, onun üzərində artıq 25 milyon dəqiqə və ya 47,5 il müddətinə blok edilmə haqqında qeyd olur.

"Mən düz 47 il gözləyə bilmərəm", - deyə ana 2 yaşlı uşağının əməlinə münasibət bildirərkən deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.