Mobil telefon

Nokia 9 və “Nokia 8 Pro nə vaxt buraxılacaq?

10 Mart 2018 08:31
0 Şərh     Baxış: 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"HMD Global" şirkəti "MWC 2018" sərgisində beş yeni "Nokia" telefonu nümayiş etdirib. "Nokia Power User" saytı isə 2018-ci ilin sonunadək "Nokia 9" və "Nokia 8 Pro" modellərinin buraxılacağı barədə məlumat dərc edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfonlarda "Qualcomm Snapdragon 845" prosessorunun quraşdırılacağı gözlənilir. "Nokia 8 Pro" buraxılışa bu ilin avqustunda hazır olacaq, lakin "Nokia 9" modelinin buraxılış müddəti hazırda naməlumdur. Saytda, həmçinin qeyd olunur ki, "Nokia 9" 5,7 düym diaqonallı, "Nokia 8 Pro" isə 5,5 düymlük ekranla təchiz ediləcək. Ekranların təsvir ölçüləri barədə məlumat verilmir.

Bundan başqa, "Nokia 9" modelinin displeyinə barmaq izi skanerinin quraşdırılacağı gözlənilir. "Nokia Power User" saytının əməkdaşları bu yeniliyə şübhə ilə yanaşırlar, çünki şirkət əvvəllər belə texnologiyanın tətbiqini planlaşdırmayıb. Hazırda "Samsung" və "Apple" kimi nəhəng şirkətlər bu ideyanı sınaqdan keçirirlər.

"Vivo" şirkəti hazırda populyar qurğularda quraşdırılmayan texnologiyanın prototipini yaradıb. Bu səbəbdən "HMD Global" şirkətinin cari ilin sonunadək belə qurğu təqdim edəcəyi ehtimal olunmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.