Mobil telefon

WeChat-ın auditoriyası 1 milyardı ötüb

10 Mart 2018 08:01
0 Şərh     Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WeChat" messencerinin auditoriyası qlobal miqyasda 1 milyard istifadəçini ötüb. Bu barədə messencerin məxsus olduğu "Tencent" şirkətinin məlumatında bildirilərək ayda bu sayda insanın servisdən istifadə etdiyi qeyd olunur.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, lakin "Financial Times" nəşrinin məlumatına görə, 1 milyard qeydiyyatdan keçmiş hesabların sayıdır. Çünki bəzi insanların, məsələn, iş və ya şəxsi məqsədlər üçün istifadə olunan bir neçə hesabı ola bilər.
 
Bildirilir ki, "WeChat" Çində ən populyar messencerdir. Servis vasitəsilə yazışmalar aparmaqla yanaşı, adi telefonlara zəng etmək, yemək və taksi sifariş etmək, icarəyə avtomobil götürmək və bank xidmətlərindən yararlanmaq mümkündür.
 
Servisə böyük maraq qismən Çində "WhatsApp", "Line" və "Facebook Messenger" kimi rəqib layihələrin bloklanması ilə əlaqədardır.
 
Şirkətin 2017-ci ilin sentyabrında verdiyi məlumata görə, "WeChat" messencerinin auditoriyasının illik artımı 15,8 faiz təşkil edir. Həmçinin servisdən gündəlik təxminən 38 milyard məlumat göndərən 902 milyona yaxın insanın istifadə etməsi bildirilib.
 
"Tencent" Çinin nəhəng internet provayderidir. Şirkət Çinin ən məşhur "QQ" messencerinin, "WeChat" mətnli və səsli məlumatların ötürülməsi üçün sistemlərin inkişafı ilə məşğuldur, eləcə də "Riot Games" şirkətinin baş səhmdarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.